İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Türkiyənin yeni xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.
BUTA.TV xəbər verir ki, telefon danışığı zamanı İranın XİN rəhbəri Hakan Fidanı Türkiyənin xarici işlər naziri təyin olunması münasibətilə təbrik edib.
Abdullahian iki ölkə arasında sıx əməkdaşılığın yeni dövrdə də davam edəcəyinə və daha da yaxşılaşacağına ümidvar olduğunu bildirib.
Telefon danışığı zamanı İran xarici işlər naziri turkiyəli həmkarını Tehrana səfərə dəvət edib.
Nazir həmçinin ikitərəfli əlaqələrin sürətləndirilməsinin vacibliyini vurğulayıb.
İranın baş diplomatı iki ölkənin regional məsələlələrdə əməkdaşlığını vacib hesab etdiyini qeyd edib.
Hakan Fidan iranlı həmkarının təbrikinə görə minnətdarlığını bildirib.
Yeni nazir Türkiyə ilə İran arasında dialoqların və əməkdaşlığın davam etdirilməsinin vacibliyini bildirib.
Hakan Fidan ən qısa zamanda Tehrana səfər edəcəyini deyib.
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Ukraynaya istədiyi hər şey verilsəydi... - Bauer
- Xəzər rayonunda ikimərtəbəli ev yandı