Ukraynadakı Polşa döyüşçülərinin Varşava ilə heç bir əlaqəsi yoxdur.
BUTA.TV xəbər verir ki, bu sözləri Polşa xüsusi xidmət orqanlarının nümayəndəsi Stanislav Jarin deyib.
“Mediada qeyd olunan Polşa könüllülər korpusu heç bir şəkildə Polşa Silahlı Qüvvələri və ya hər hansı Polşa qurumu ilə əlaqəli deyil” - deyə, o bildirib.
Jarin onu da əlavə edib ki, bu şəxslərin Ukraynadakı fəaliyyəti Polşadakı hakimiyyətlə əlaqələndirilməməlidir.
Qeyd edək ki, Rusiya mediası Belqoroda hücumda Ukrayna diversantları ilə yanaşı Polşa könüllülərinin də iştirak etdiyini iddia etmişdi.
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Ukraynaya istədiyi hər şey verilsəydi... - Bauer
- Xəzər rayonunda ikimərtəbəli ev yandı