"Napoli"nin gürcüstanlı yarımmüdafiəçisi Xviça Kvaratsxeliya 2022/23 mövsümü üçün İtaliya Futbol Çempionatının ən yaxşı oyunçusu seçilib.
BUTA.TV xəbər verir ki, Kvaratsxeliya İtaliya çempionatının 33 matçında 12 qol vurub və 13 məhsuldar ötürmə edib. “Napoli” 33 ildən sonra ilk dəfə İtaliya çempionu olub.
22 yaşlı Kvaratsxeliya 2022-ci ilin yayında Gürcüstanın "Dinamo"sundan (Batumi) "Napoli"yə keçib, əvvəllər Kazan "Rubin" və Moskva "Lokomotiv"ində çıxış edib.
İtaliya çempionatının son turunda “Napoli” iyunun 4-də “Sampdoriya”nı qəbul edəcək.
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Ukraynaya istədiyi hər şey verilsəydi... - Bauer
- Xəzər rayonunda ikimərtəbəli ev yandı
- Temperatur 8 dərəcə enəcək – Xəbərdarlıq