Son 20 gündə Azərbaycanda unun qiyməti 3%-dən çox ucuzlaşıb.
BUTA.TV Yeniavaz.com-a istinadən xəbər verir ki, dünən Azərbaycanda topdansatış mərkəzlərində 50 kiloqramlıq un kisəsinin qiyməti 31,5-34 manat arasında dəyişib.
50 kiloqramlıq un kisəsini ən ucuz qiymətə – 31,5 manata “Dəvəçi-Taxıl” MMC, ən baha qiymətə – 35 manata “Nural” MMC satıb.
20 gün əvvəl isə “Dəvəçi-Taxıl” MMC 50 kiloqramlıq un kisəsini 32,5 manata, “Nural” MMC isə 36 manata satıb.
Məlumat üçün qeyd edək ki, son 5 ay ərzində Azərbaycanda unun qiyməti təxminən 16%-dən çox ucuzlaşıb.
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Ukraynaya istədiyi hər şey verilsəydi... - Bauer
- Xəzər rayonunda ikimərtəbəli ev yandı
- Temperatur 8 dərəcə enəcək – Xəbərdarlıq