İtaliyanın paytaxtı Romada 7 mərtəbəli yaşayış binasında güclü yanğın baş verib.
BUTA.TV xəbər verir ki, təmir işləri aparılan binada baş verən yanğın qonşu binalara da yayılıb. Hadisə yerinə onlarla yanğınsöndürən və təcili yardım maşını cəlb olunub.
Yanğın nəticəsində 1 nəfər ölüb, 2-si ağır olmaqla, azı 17 nəfər yaralanıb. Yaralılar təcili xəstəxanaya yerləşdiriliblər. Həlak olanların sayının artacağı bildirilir.
Ətrafdakı binalardan ümumilikdə 100-dən çox insan təxliyə olunub. Ərazidə çadır şəhərcikləri qurulub.
İlkin məlumata görə, yanğın binanın qarajında avtomobildən başlayıb.
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Ukraynaya istədiyi hər şey verilsəydi... - Bauer
- Xəzər rayonunda ikimərtəbəli ev yandı
- Temperatur 8 dərəcə enəcək – Xəbərdarlıq