Azərbaycanda iyun ayının 4-ü gündüz və 5-dən 9-dək bəzi rayonlarda hava şəraiti qeyri-sabit keçəcək, fasilələrlə yağıntılı olacaq.
Bunu BUTA.TV-a Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, ayrı-ayrı bölgələrdə yağıntının leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur.
Xüsusəndə Balakən, Şəki, Qazax, Gəncə, Dağlıq Şirvan rayonlarında yağıntılar intensiv və güclü olacaq. Qərb küləyi əsasən dağ və dağətəyi rayonlarda arabir 25-30 metr saniyədək güclənəcək.
“Gözlənilən leysan xarakterli yağışlarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında isə qısamüddətli sel keçəcəyi gözlənilir. Gözlənilən güclü küləkli hava şəraiti ilə əlaqədar əhalini hündürmərtəbəli binaların, irigövdəli ağacların, təhlükə yarada biləcək hasarların yanında durmaq məsləhət görülmür”.
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Ukraynaya istədiyi hər şey verilsəydi... - Bauer
- Xəzər rayonunda ikimərtəbəli ev yandı
- Temperatur 8 dərəcə enəcək – Xəbərdarlıq