2022/23 mövsümün üçün Azərbaycan Premyer Liqasında çıxış edən futbolçuların yekun transfer dəyəri açıqlanıb.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, “Transfermarkt” idman portalının açıqladığı siyahıya “Neftçi”nin kapitanı Emin Mahmudov başçılıq edir. Onun transfer dəyəri 1,4 milyon avrodur. Onun qiymətində dəyişiklik baş verməyib.
İkinci pillədə Premyer Liqanın və “Qarabağ”ın bombardiri Ramil Şeydayev qərarlaşıb. Millimizin üzvünün dəyəri 1,2 milyon avrodur. Dekabrda açıqlanan siyahı ilə müqayisədə onun qiyməti 400 min avro artıb.
Üçüncü sıraya üç futbolçu şərikdir. “Sabah”ın legioneri Aleksey Kaşuk, “Qarabağ”ın üzvləri Yassin Benzia və Musa Qurbanlının dəyəri eynidir – 1 milyon avro.
Müqavilə ilə “Şaxtyor”a (Donetsk) məxsus olan Kaşuk 300, Musa isə 400 minlik irəliləyişə nail olub. Onlardan fərqli olaraq Benzia yarım milyon dəyər itirib.
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Ukraynaya istədiyi hər şey verilsəydi... - Bauer
- Xəzər rayonunda ikimərtəbəli ev yandı
- Temperatur 8 dərəcə enəcək – Xəbərdarlıq