İsveçrə parlamentinin aşağı palatası “Hərbi materiallar haqqında” qanuna düzəlişləri dəstəkləməyib. Bu təşəbbüs Ukraynaya İsveçrə istehsalı olan silahların tədarükünə imkan verəcəkdi.
BUTA.TV xəbər verir ki, bu barədə İsveçrə parlamenti məlumat yayıb.
Məlumata görə, parlamentdə səsvermə İsveçrə Prezidenti Alen Berset və Ukrayna Prezidenti Vladimir Zelenski arasında Moldovada keçirilən görüş saatlarına təsadüf edib:
“98 deputat silahların təkrar ixracının qarşısının alınmasına səs verib. Deputatlar düzəlişlərin neytrallığı pozduğunu, ona görə də rədd etdiklərini bildiriblər”, - məlumatda deyilir.
Qeyd olunur ki, İsveçrə parlamenti silahların ötürülməsinin başqa variantlarını açıqlayıb və müzakirənin davam etdiyini vurğulayıb.
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Ukraynaya istədiyi hər şey verilsəydi... - Bauer
- Xəzər rayonunda ikimərtəbəli ev yandı
- Temperatur 8 dərəcə enəcək – Xəbərdarlıq