İki PUA Rusiyanın Smolensk vilayətində yanacaq-energetika kompleksinin obyektlərinə hücum edib.
BUTA.TV xəbər verir ki, bu barədə qubernator vəzifəsini icra edən Vasili Anoxin deyib.
“Bu gün saat 3 radələrində Poçinkovski rayonunun Peresna kəndində və Smolensk rayonunun Divası kəndində iki uzaqmənzilli PUA yanacaq-energetika kompleksinin obyektlərinə hücum edib. Ölən və xəsarət alan olmayıb”, - o bildirib.
Qeyd olunur ki, obyektlərdə kritik dağıntılar və yanğınlar yoxdur. Fəsadların aradan qaldırılması üçün rayonun əməliyyat xidmətləri yerində işləyir.
- Lənkəranda sexdə partlayış: yaralanan var
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Ukraynaya istədiyi hər şey verilsəydi... - Bauer
- Xəzər rayonunda ikimərtəbəli ev yandı
- Temperatur 8 dərəcə enəcək – Xəbərdarlıq
- Güclü küləklə bağlı xəbərdarlıq edildi
- Naxçıvanda da buraxılış imtahanları keçirildi
- Batumidə iki azərbaycanlı külli miqdarda narkotiklə tutuldu