Bu gün Rusiya Prezidenti Vladimir Putin mənə zəng edərək hər hansı yardımın lazım olub-olmamasını soruşdu.
BUTA.TV xəbər verir ki, bu sözləri Belqorod vilayətinin Ukrayna diversiya qrupunun hücumuna məruz qalmış Şebekino şəhərinin meri Vladimir Jdanov deyib.
“Bu gün Ali Baş Komandan Vladimir Putin mənə zəng etdi. Mən ona hazırkı vəziyyəti məruzə etdim, fəaliyyətimz və planlarımız barədə danışdım. O, mənə təşəkkür etdi və biz işimizi davam etdiririk.
Prezident vəziyyətə o qədər nəzarət edir, nə baş verdiyini anlayır. İlk olaraq soruşdu ki, nə kömək lazımdır. Çox xoş idi, prezidentimiz bizimlədir", - Jdanov bildirib.
Qeyd edək ki, səhər saatlarında Ukrayna diversantlarının Şebekino şəhərinə hücum etməsi və bunun fonunda şəhərdə güclü döyüşlərin davam etməsi barədə məlumatlar yayılmışdı.
- Lənkəranda sexdə partlayış: yaralanan var
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Ukraynaya istədiyi hər şey verilsəydi... - Bauer
- Xəzər rayonunda ikimərtəbəli ev yandı
- Temperatur 8 dərəcə enəcək – Xəbərdarlıq
- Güclü küləklə bağlı xəbərdarlıq edildi
- Naxçıvanda da buraxılış imtahanları keçirildi
- Batumidə iki azərbaycanlı külli miqdarda narkotiklə tutuldu