Azərbaycanda son sutka ərzində koronavirus (COVİD-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BUTA.TV-a verilən məlumata görə, son sutkada infeksiyaya 10 yeni yoluxma faktı qeydə alınıb.
COVİD-19-a yoluxan 30 nəfər sağalıb, 1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 831 834 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 500 nəfər müalicə olunaraq sağalıb, hazırda 60 aktiv xəstə var. Bu günə qədər 10 274 nəfər vəfat edib.
Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 923, bu günə qədər isə ümumilikdə 7 622 334 test icra olunub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 965 646 olub.
- Naxçıvanda da buraxılış imtahanları keçirildi
- Batumidə iki azərbaycanlı külli miqdarda narkotiklə tutuldu
- Evdən icazəsiz çıxan gəlinini 6 bıçaq zərbəsi ilə öldürdü...
- Bakıda sürücülər arasında gərginlik qəzaya səbəb oldu - Video
- Sabahın hava proqnozu açıqlandı
- Masallıda ağır qəza: 18 yaşlı gənc öldü
- Bakıda güclü külək əsir – Faktiki hava
- Samuxda əkin sahəsindən kişi meyiti tapıldı