Xəzər rayonu Türkan qəsəbəsində döyülmə hadisəsi baş verib.
Qəsəbənin Sovxoz küçəsində yaşayan Ataxan Şəmsəddin oğlu İbrahimov ailə münaqişəsi zəminində atası I qrup əlil Şəmsəddin İbrahim oğlu İbrahimovu döyərək ona xəsarətlər yetirib. Başından ciddi xəsarətlər alan atanın görüntülərini kiçik oğlu Rüstəm İbrahimov lentə alıb. Bizim.Media-nın təqdim etdiyi görüntülərdə Rüstəm İbrahimov qardaşının ünvanına nalayiq ifadələr səsləndirərək atasının döyülməsinə etiraz edib. Qeyd edək ki, İbrahimovlar Türkan qəsəbəsində kriminal ailə kimi tanınırlar.
- Samuxda əkin sahəsindən kişi meyiti tapıldı
- FHN Gəncədə təlim keçirdi - Video
- Füzulidə ağır qəza: 2 ölü, 2 yaralı
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı