Moskvada vəzifəli məmurların və iş adamlarının övladlarının olduğu BMV markalı avtomobil qəzaya uğrayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, BMV markalı avtomobil bu gün səhər saatlarında Petrovo-Dalneye kəndi yaxınlığında aşıb.
Yaralılar Rusiya İstintaq Komitəsinin sədrinin birinci müavini Eduard Kaburneyevin oğlu Lavr Kaburneyev, Uzaq Şərqin İnkişaf naziri Aleksey Çekunkovun qızı Alina Çekunkova, Baş Prokurorluğun Kadrlar Baş İdarəsinin rəisi Valeri Voinovun qızı Daria Voinova, "Doctor Martin" klinika şəbəkəsinin yaradıcısı Martiros Sərkisyanın oğlu Andrey Sərkisyan və özbək əsilli oliqarx İsgəndər Mahmudovun qızı Anastasiya Mahmudovadır.
Yaralıların hamısına kəllə-beyin travması və beyin silkələnməsi diaqnozu qoyulub.
- Samuxda əkin sahəsindən kişi meyiti tapıldı
- FHN Gəncədə təlim keçirdi - Video
- Füzulidə ağır qəza: 2 ölü, 2 yaralı
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı