Şirvan şəhərində mağazaların birində quraşdırılmış ödəmə terminalından oğurluq etməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Coşqun İsmayılov tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan BUTA.TV-a verilən məlumata görə, həmin şəxs Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt ərazisində saxlanılıb.
Aparılan araşdırmalar zamanı onun mağazaya qanunsuz daxil olaraq, orada quraşdırılmış ödəmə terminalının kassa hissəsini kəsməklə içərisindəki 5694 manat məbləğində pulu gizli yolla taladığı müəyyən edilib. Daha sonra o, izi itirmək üçün mağazada quraşdırılmış təhlükəsizlik kameralarının yaddaş qurğusunu da oğurlayaraq hadisə yerindən uzaqlaşıb.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin istintaq bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var