Gürcüstan hakimiyyəti Rusiya ilə birbaşa uçuşların bərpası ilə bağlı heç bir danışıqlar aparmayıb.
BUTA.TV xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Qaribaşvili deyib.
"Bizim heç bir danışıqlarımız olmayıb, hökumətimiz heç bir danışıqlar aparmayıb. Bizim çox böyük diasporumuzun nümayəndələri bunu xahiş ediblər, gürcü biznesi bunu istəyib, mən bilirəm ki, başqa qruplar da bunu istəyiblər", - Qaribaşvili bildirib.
Qeyd edək ki, Putinin fərmanı ilə 15 maydan Gürcüstana birbaşa uçuşlar bərpa edilib və Gürcüstan vətəndaşlarına viza rejimi aradan qaldırılıb. Qərbmeyilli qüvvələr, o cümlədən Prezident Zurabişvili isə buna kəskin etiraz edirlər.
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var