Suriyalıları bir plan çərçivəsində öz ölkələrinə göndərəcəyik.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ölkə mediasına açıqlamasında deyib.
“Türkiyə Suriyanın şimalında terrorçulardan təmizlədiyi bölgələrə 553 min suriyalını geri qaytarıb. Bu proses planlı şəkildə davam edəcək. Biz istəyirik ki, təkcə təhlükəsiz yerlərə deyil, həm də rejimin (Suriya hakimiyyəti - red) nəzarətində olan bölgələrə suriyalıları göndərək. Bunun üçün biz rejimlə danışıqlara başlamışıq. Danışıqlarda İran da, Rusiya da iştirak edir. Təbii ki, Suriya üçün terrorun aradan qaldırılması həm təhlükəsizlik baxımından, həm də sabitliyi baxımından önəmlidir. Rejimin nəzarətində olan ərazilərə suriyalıların təhlükəsiz deportasiyası üçün infrastrukturun hazırlanması ilə bağlı razılığa da gəldik. Moskvada keçirdiyimiz son iclasda da müvafiq qurumların iştirak edəcəyi nazir müavinləri səviyyəsində komissiyanın yaradılması barədə qərar qəbul etdik”, - XİN başçısı bildirib.
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var