Ukrayna rəsmi olaraq Almaniyadan uzaqmənzilli “Taurus” qanadlı raketlərini istəyib.
BUTA.TV xəbər verir ki, bu barədə Almaniya mediası məlumat yayıb.
“Mayın əvvəlində Prezident Vladimir Zelenski Berlinə səfəri zamanı artıq raketlərin ötürülməsi barədə kansler Olaf Şoltsla danışmışdı.
Kanslerin sözçüsü bu haqda şərh vermək istəmir, lakin Federal Müdafiə Nazirliyi Ukraynanın “Taurus” üçün müraciət etdiyini təsdiqləyir”, - məlumatda deyilir.
Qeyd edək ki, “Taurus” pilotsuz döyüş silahıdır, qırıcıdan buraxılır və 400 kiloqramlıq döyüş başlığını 500 kilometrdən çox mənzilə çatdıra bilir.
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var