İran Milli Bankının Bakı filialı ilə bağlı qəbul edilmiş qərar birbaşa bank müştərilərinin əziyyət çəkməməsi və öz pullarını geri götürməsi imkanlarının yaradılmasına görədir.
Bu sözləri BUTA.TV-a iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov adıçəkilən bankda əməliyyatların dayandırılması ilə bağlı məlumatları şərh edərkən deyib.
Onun sözlərinə görə, Mərkəzi Bankın bu bankda yoxlama aparması və hər hansı qərar verməsi vətəndaşların hüququnun qorunması baxımından əhəmiyyət daşıyır:
“Mərkəzi Bank hər hansı bankın lisenziyasının ləğvi və fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul etmək hüququna malikdir. Çalışır ki, İran Milli Bankının Bakı filialında hesabı olan vətəndaşlarımızın vəsaitlərini geri götürməkdə problemi olmasın. Bank kredit vermir və ya digər əməliyyatları həyata keçirmir. Nəzərə almaq lazımdır ki, İrana qarşı sanksiyalar var və bu sanksiyalar hər keçən gün genişlənir. Düşünürəm ki, İran Milli Bankı ilə bağlı qəbul edilmiş qərar mövcud çağırışlara uyğundur. Həm də bankın aktivləri də kifayət qədər aşağıdır. Bu aktivlərin aşağı olmasının riskyaradıcı effektləri kifayət qədər böyüyüb. Ona görə də Mərkəzi Bank çalışır ki, prosesi nəzarətə götürsün”.
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var