ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın Rusiyaya zərbələr endirilməsi ilə bağlı bəyanatlarına görə Amerika diplomatları Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Amerika diplomatik missiyasının yüksək rütbəli diplomatları mayın 26-da Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Onlara Kiyevdəki rejimin silahlı qüvvələrinin Rusiyaya endirdiyi zərbələri faktiki təsdiqləyən ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Con Sallivanın Krım və Belqorod vilayəti haqda qəbuledilməz bəyanatlarına kəskin etiraz edilib”, - məlumatda qeyd olunub.
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var