ABŞ-da borc böhranı davam etsə də, Ağ Ev və qanunverici orqanın ilkin razılıq əldə etməsi ilə bağlı mesajlar gəlməkdədir.
Belə ki, ABŞ Prezidenti ilə respublikaçı Kevin Makkartinin hökumətin 31.4 trilyon dollarıq borc tavanının növbəti 2 il üçün qaldırılması ilə bağlı razılığa yaxın olduğu bildirilir.
BUTA.TV xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov qeyd edib. Millət vəkili bildirib ki, 23.32 trilyon dollarlıq nominal ÜDM ilə ABŞ dünyanın əsas iqtisadi gücü olaraq qalmaqdadır: “Bu baxımdan ABŞ-dakı borc problemi qlobal iqtisadiyyata ciddi təsir göstərirdi. Doğrudur, dolların səbət valyutalara nisbətən məzənnəsində eniş müşahidə olunmurdu. Əksinə, dollar Avropa puluna nisbətən son həftə möhkəmlənmişdi. Borc razılığının əldə edilməsi dolların əsas valyutalara nisbətən yenidən güclənməsinə səbəb ola bilər. Amma hələlik səbət valyutaların kurslarında ciddi volatillik gözlənilmir. Bununla belə, borc razılığı qlobal iqtisadiyyat üçün də yeni imkanlar yaradacaq”.
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var