Sosial şəbəkələrdə Azərbaycanın Alban-Udi Dini İcması nümayəndələrinin Xudavəng məbədinə buraxılmadığını əks etdirən görüntülər yayılıb.
BUTA.TV xəbər verir ki, görüntülərdə icma nümayəndələrinin məbədi ziyarətinə Qarabağ iqtisadi rayonunun bir hissəsinə müvəqqəti yerləşdirilən rus sülhməramlılarının icazə vermədiyi görünür.
Halbuki 23 mayda yayılan məlumatda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan Azərbaycan Alban-Udi Dini İcmasının və qeyri-islam dini icmaların nümayəndələrinin Ermənistanın işğalından azad olunan Kəlbəcər rayonundakı Xudavəng monastır kompleksini ziyarət etdiyi haqda məlumat verilib.
Yayılan görüntü ilə bağlı saytımıza danışan Alban-Udi Dini İcmasının sədr müavini Rafik Danakari bildirib ki, sülhməramlılar əvvəlcə bu səfərdən məlumatsız olduqlarını bildiriblər:
“Ancaq Azərbaycan Müdafiə Nazirliyinin müdaxiləsindən sonra məsələ öz həllini tapdı. Azərbaycan Alban-Udi Dini İcmasının və qeyri-islam dini icmaların nümayəndələri Xudavəng məbədini ziyarət edib, dini ayinlərini icra etdilər”.
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var