Türkiyədə baş verən fəlakətli zəlzələdən sonra çoxları düşünürdü ki, bu, Ərdoğanın son seçkisi olacaq. Ancaq gözlənilənin tam əksi oldu. O, yenidən qalib gəlməyə hazırlaşır.
BUTA.TV xəbər verir ki, bu barədə CNN-in yaydığı məqalədə bildirilib.
Məqalədən çıxarışlar paylaşan Avropada yaşayan jurnalist Elbəyi Həsənli qeyd edib ki, CNN-ə açıqlama verən Yaxın Şərq Siyasəti İnstitutu (Institute for Near East Policy”) mütəxəssisi Sonər Çagaptay deyir: “Ərdoğan İstanbulu sevir, çünki bu şəhər Osmanlının gücünü və Ərdoğanın əzəmətini simvollaşdırır... Ərdoğan Türkiyəni yenidən böyük etmək istəyir. Ərdoğan Türkiyədə mövcud olmuş Osmanlı möhtəşəmliyini bərpa etmək arzusundadır”.
CNN bildirir ki, Ərdoğan Türkiyənin siyasi və tektonik dəyişikliklərindən sağ çıxmağa hazır görünür.
“Söhbət Ərdoğanın bazar günü keçiriləcək seçkidən qalib çıxmasından yox, hansı fərqlə qalib çıxmasından gedir”, - Çağaptay CNN-ə deyir.
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var