Dörd saatdan çox davam edən mətbuat konfransı zamanı (22 may tarixində keçirilən mətbuat konfransı nəzərdə tutulur – red.) Baş nazir Nikol Paşinyan ilk dəfə açıq şəkildə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıyacağını bəyan etdi, Bu, çox mühüm ilk addımdır.
BUTA.TV xəbər verir ki, bunu ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Avropa və Avrasiya ofisinin administratorunun köməkçisi Erin Elizabet Makki deyib.
“Bu bəyanat çox əhatəlidir. Biz Azərbaycanın cavabını gözləyirik, lakin bu, irəliləyişdir", - amerikalı diplomat vurğulayıb.
Qeyd edək ki, Nikol Paşinyan 22 mayda keçirdiyi mətbuat konfransında Qarabağı Azərbaycanın ərazisi kimi tanıdıqlarını bildirmişdi.
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var