Rusiyanın Belqorod vilayətində Ukraynanın kəşfiyyat qrupu olduğu bildirilən qrupların zərərsizləşdirildiyini əks etdirən görüntülər yayılıb.
BUTA.TV xəbər verir ki, görüntüləri “Zvezda” telekanalı yayıb.
Kadrlarda zədələnmiş hərbi texnika və qapısında “Baxmut üçün” yazısı olan yanmış pikap əks olunub.
Qeyd edək ki, Rusiyanın Azadlığı Legionu və Rusiya Könüllüləri Korpusu 22 mayda Belqorod vilayətinə hücum edib: Ukrayna ilə sərhəd məntəqəsi ələ keçirilib, sərhədçi öldürülüb. Daha sonra isə onlar Qrayvoron şəhərini ələ keçiriblər.
Rusiya isə ötən gün diversantların məhv edildiyini, vilayətdə elan edilən fövqəladə rejimin aradan qaldırıldığını açıqlayıb.
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var