Prezident seçkilərinin 28 mayda keçirilən ikinci turunda Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan qalib gələrsə, seçkidən sonra səfər edəcəyi ilk ölkə Azərbaycan olacaq.
BUTA.TV xəbər verir ki, bu sözləri yerli mediaya açıqlamasında Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu deyib.
“Bunu soruşmağa ehtiyac varmı? Həmişə necə olur? Seçkidən sonra biz ilk olaraq iki ölkəyə səfər edirik – Azərbaycana və Quzey Kıprısa”, - Çavuşoğlu medianın sualına cavab olaraq bildirib.
Qeyd edək ki, Türkiyədə seçkilərin ikinci turunda Cümhur İttifaqının namizədi Ərdoğan və “Altılı masa”nın namizədi Kılıçdaroğlu mübarizə aparacaq.
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var