Ölkəmizdə səfərdə olan türkiyəli akademik, dünya şöhrətli geoloq, İstanbul Texniki Universitetinin Avrasiya Yer Elmləri İnstitutunun əməkdaşı Cəlal Şəngör Azərbaycanda mümkün zəlzələ ehtimalından danışıb.
BUTA.TV Bizim.media-ya istinadən xəbər verir ki, şəhərdə gəzinti zamanı jurnalistlərə açıqlama verən geoloq bildirib ki, Azərbaycan seysmoaktiv zonada yerləşir:
“Sizin mənzərəniz, havanız gözəldir. Amma unutmayın ki, bu mənzərə, bu dağlar elə belə yaranmayıb. Bu dağlar zəlzələlər hesabına formalaşıb. İspaniyadan başlayıb Çinə qədər uzanan bu ərazilər seysmik aktiv zonalardır. Ona görə də Azərbaycanda hər an zəlzələ ola bilər. Zəlzələnin maqnitudasının isə 7,5 bala qədər olma ehtimalı var”.
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var