Belqorod vilayətində ötən gün hərbi əməliyyatlar başladı. İki birləşmə Rusiyanı Putin rejimindən azad etməyə başladıqlarını elan etdi. Hər şey proqnozlaşdırılandır.
BUTA.TV xəbər verir ki, bu sözləri ukraynalı hərbi ekspert Oleq Jdanov Rusiyanın Belqorod vilayətində baş verənləri şərh edərkən deyib.
"Müharibənin ilk aylarını xatırlayın ki, bir çox insan, o cümlədən mən Rusiyada hər şeyin vətəndaş müharibəsi ilə bitəcəyi haqda proqnoz verirdik. Budur - Rusiyada vətəndaş müharibəsi. Ruslar Rusiya Federasiyasını Putin rejimindən azad edir. Niyə 1917-ci il olmasın?" - O.Jdanov vurğulayıb.
Onun sözlərinə görə, Ukrayna ilə sərhəddə hadisələr çox sürətlə inkişaf edir:
"Onlar Qrayvoron ərazisindəki nəzarət-buraxılış məntəqəsindən başlayıblar, sonra Belqoroda doğru irəliləyiblər. Son məlumat bu olub ki, Qrayvoron şəhəri uğrunda döyüşlər gedir".
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var