Almaniya kansleri Olaf Şoltsun ən böyük səhvi onun 2022-ci ildə Münhen Təhlükəsizlik Konfransı zamanı Donbas sakinlərinin soyqırımını ələ salmasıdır.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Zaxarova vurğulayıb ki, istənilən insan öz baxışında, həyata münasibətində azaddır və hər kəs şübhə edə bilər:
“Ancaq siz ildən-ilə yaxınlarını itirən insanların kədərinə gülə bilməzsiniz, Qərbdən qidalanan bu ən çətin vəziyyəti həll etmək üçün yalvaran insanlara gülə bilməzsiniz".
Zaxarova əlavə edib ki, Şolts təkcə öz ölkəsində deyil, bütün dünyada insanların kədərinə gülən şəxs kimi tarixə düşəcək.
Qeyd edək ki, 2022-ci ilin fevralında Almaniya kansleri Olaf Şolts Münhen Təhlükəsizlik Konfransında Rusiyanın mövqeyini şərh edərkən “Donbasda soyqırımın baş verməsi ilə bağlı sözlər, əlbəttə ki, gülüncdür”, - demişdi.
- Keçmiş mətbuat katibi qəfil vəfat etdi - Foto
- Bədənində döymə olanlar hərbi xidmətə çağırılmır?
- Parkda qanunsuz quraşdırılmış konstruksiya sökülür - Foto
- Mehriban Əliyeva Antalyada panel iclasında iştirak etdi - Foto
- Kürdə suyun səviyyəsi artdı: nasos stansiyalarına fasilə...
- Səfərbərlik Xidməti onlara xəbərdarlıq etdi
- Yer kürəsində maqnit fırtınası başladı
- Xətaidə ağacəkmə aksiyası - Foto