Ali təhsil sistemi biz istəsək də, istəməsək də dəyişməlidir. Bu sahədə ciddi islahatlar aparılmalıdır.
BUTA.TV xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev “Ali Təhsildə Keyfiyyət Təminatı və Keyfiyyətin Gücləndirilməsi” mövzusunda Beynəlxalq Forumda çıxışı zamanı deyib.
O bildirib ki, ali təhsil sistemində klassik yanaşmalardan bəzi hallarda uzaqlaşmaq lazımdır:
"Ali təhsil müəssisələrimizə çevik qərarların qəbul edilməsi üçün mexanizmlər təklif olunmalıdır. Düşünürəm ki, yaxın zamanlarda bu sahədə islahatlar aparılacaq. Ali təhsil müəssisələrimiz ilk növbədə təhsilin keyfiyyətinin artırılması istiqamətində öz fəaliyyətlərini daha düzgün formada qura biləcəklər".
- Yer kürəsində maqnit fırtınası başladı
- Xətaidə ağacəkmə aksiyası - Foto
- Bu istiqamətdə kilometrlərlə uzanan tıxac yarandı - Video
- Sabah 25 dərəcə isti olacaq
- 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi
- Bakıda üç yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq öldü
- Bakıda bu hospitalda ölüm baş verdi
- General-mayor vəzifəsindən azad edildi