2026-cı ildə təşkil olunacaq futbol üzrə dünya çempionatının loqosu təqdim edilib.
BUTA.TV xəbər verir ki, bu barədə FİFA məlumat yayıb.
Bildirilib ki, loqoda kubokun təsviri və yarışın keçiriləcəyi il yer alıb.
Tədbir Los-Anceles şəhərində ABŞ, Kanada və Meksikadan olan xüsusi qonaqların iştirakı ilə gerçəkləşib.
Təqdimatda FİFA prezidenti Canni İnfantina və braziliyalı ikiqat dünya çempionu Ronaldo da iştirak edib.
Qeyd edək ki, mundial ABŞ, Kanada və Meksikada baş tutacaq. Final mərhələsinə ilk dəfə olaraq 48 komanda qatılacaq.
- Yer kürəsində maqnit fırtınası başladı
- Xətaidə ağacəkmə aksiyası - Foto
- Bu istiqamətdə kilometrlərlə uzanan tıxac yarandı - Video
- Sabah 25 dərəcə isti olacaq
- 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi
- Bakıda üç yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq öldü
- Bakıda bu hospitalda ölüm baş verdi
- General-mayor vəzifəsindən azad edildi