Sumqayıtda odlu silahdan havaya atəş açılıb, saxlanılan var.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, şəhər ərazisində odlu silahdan havaya atəş açılması barədə polisə məlumat daxil olub. Araşdırmalarla Sumqayıt şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Süleyman Süleymanovun ov tüfəngindən havaya atəş açması müəyyən edilib.
Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində S.Süleymanovun evinə baxış zamanı oradan qanunsuz saxladığı 2 ədəd nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 2 ədəd patron aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.
- Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Video
- Yağış sularının kənarlaşdırılması işləri davam etdirilir - Video
- Gürcüstanda 2026-cı il "Aşıq Hüseyn Saraçlı ili" elan edildi
- Azərbaycanda imtahan sistemi dəyişir? - Nazir açıqladı
- AYNA taksilərlə bağlı yayılan məlumatlara aydınlıq gətirdi
- Azər Məmmədov Laçında vətəndaşlarla görüşdü
- Türkiyə İrana 48 ton humanitar yardım göndərdi
- XTQ-nin döyüş hazırlığı yoxlanıldı