Lənkəranda zavodda 30 yaşlı gözətçinin meyiti aşkarlanıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə ötən gecə rayon ərazisində yerləşən zavodların birində qeydə alınıb.
Belə ki, Lənkəran rayonu Kosalar kənd sakini, 1993-cü il təvəllüdlü Etimad Fəraqət oğlu Möhsümzadə işlədiyi asfalt zavodun ərazisində ölüb.
Onun meyiti səhər iş yerinə gələn şəxslər tərəfindən aşkarlanıb.
Hadisə yerinin ilkin müayinəsi və meyitə baxış zamanı hər hansı zorakılıq əlaməti müşahidə olunmayıb.
Meyit Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
- Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Video
- Yağış sularının kənarlaşdırılması işləri davam etdirilir - Video
- Gürcüstanda 2026-cı il "Aşıq Hüseyn Saraçlı ili" elan edildi
- Azərbaycanda imtahan sistemi dəyişir? - Nazir açıqladı
- AYNA taksilərlə bağlı yayılan məlumatlara aydınlıq gətirdi
- Azər Məmmədov Laçında vətəndaşlarla görüşdü
- Türkiyə İrana 48 ton humanitar yardım göndərdi
- XTQ-nin döyüş hazırlığı yoxlanıldı