İran İslam İnqilabi Keşikçiləri Korpusuna (SEPAH) bağlı Teleqram kanalları artıq millət vəkili Fazil Mustafanın Bakıda silahlı hücuma məruz qalmasına münasibət bildirməyə başlayıblar.
BUTA.TV xəbər verir ki, SEPAH-a bağlı kanallardan biri (SEPAHCYBERY) yazıb:
“Antiiran və antiislam mövqeləri ilə tanınan Azərbaycanlı millət vəkili Fazil Qəzənfər ogluna (Mustafa) terror oldu. Yerli mənbələrin verdiyi məlumata əsasən, ona iki güllə dəyib və xəstəxanaya yerləşdirilib”.
Qeyd edək ki, 28 mart 2023-cü ildə saat 21:50 radələrində millət vəkili Fazil Mustafa Zabrat qəsəbəsindəki evinin önündə silahlı hücuma məruz qalıb. Ona avtomat silahlardan çoxsaylı atəş açılsa da, yalnız güllələrdən ikisi ona dəyib və F.Mustafa çiyin və ayaq nahiyəsindən yaralanıb.
TƏBİB-in yaydığı məlumata görə, millət vəkilinin həyati təhlükəsi yoxdur.
- Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Video
- Yağış sularının kənarlaşdırılması işləri davam etdirilir - Video
- Gürcüstanda 2026-cı il "Aşıq Hüseyn Saraçlı ili" elan edildi
- Azərbaycanda imtahan sistemi dəyişir? - Nazir açıqladı
- AYNA taksilərlə bağlı yayılan məlumatlara aydınlıq gətirdi
- Azər Məmmədov Laçında vətəndaşlarla görüşdü
- Türkiyə İrana 48 ton humanitar yardım göndərdi
- XTQ-nin döyüş hazırlığı yoxlanıldı