Dərinin quruması təkcə dermatoloji xəstəliklərin nəticəsi deyil. Buna səbəb həm də sərt su, düzgün qidalanmamaq, tütün tüstüsü, günəşdə uzun müddət qalmaq da ola bilər.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı dermatoloq-kosmetoloq Nadejda Yudina deyib.
Mütəxəssisin fikrincə, yaş artdıqca hormon istehsalının azalması səbəbindən quruluq yarana bilər ki, bu da öz növbəsində sebum, hialuron turşusu, kollagenin istehsalının azalmasına səbəb olur:
“Bir çoxları nəmləndirici kremin aktiv istifadəsini problemin ən asan həlli hesab edir, lakin bu, həmişə kömək etmir. Bu problemin həlli üçün daha çox təmiz su içmək, qida rasionuna bitki yağları daxil etmək, təbii parçalardan paltar və yataq dəstləri seçmək və otağı tez-tez havalandırmaq lazımdır”.
- Yağış sularının kənarlaşdırılması işləri davam etdirilir - Video
- Gürcüstanda 2026-cı il "Aşıq Hüseyn Saraçlı ili" elan edildi
- Azərbaycanda imtahan sistemi dəyişir? - Nazir açıqladı
- AYNA taksilərlə bağlı yayılan məlumatlara aydınlıq gətirdi
- Azər Məmmədov Laçında vətəndaşlarla görüşdü
- Türkiyə İrana 48 ton humanitar yardım göndərdi
- XTQ-nin döyüş hazırlığı yoxlanıldı
- Bu istiqamətdə yüklərin daşınması 190 faiz artdı