"Soy prodakşın"ın rəhbərlərindən olan Səyavuş Hüseynli bir neçə gün əvvəl avtomobil qəzasında dünyasını dəyişən Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin ölümündən danışıb.
BUTA.TV xəbər verir ki, "Səhər mərkəzi" verilişində qonaq olan S.Hüseynli onun ürək əməliyyatı olunması məlumatlarını yalanlayıb:
"Dedilər ürəyindən əməliyyat olunub. Yox, yalandır. Sükan arxasında huşunu itirib, onunla da idarəetməni itirib. Onun nədən olduğu bilinmir. Bilinmir infarkt olub, yoxsa damar tıxanıqlığıdır. Hazırda analizlər aparılır". Verilişdə qonaq olan Xalq artisti Mübariz Tağıyevin "Deyirlər, yuxu aparıb" sözlərinə rejissor "Yuxu olsaydı, onu səsləyiblər, çağırıblar, oyanmayıb, oyanardı. Dilarə Əliyeva dedi ki, çağırdıq, amma huşu getmişdi. Düzgün cavabı həkimlər açıqlayacaqlar" cavabını verib.
Qeyd edək ki, O.Əliyev avtomobil qəzasında dünyasını dəyişib. Onun həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəki də həmin qəzada avtomobildə olub. D.Əliyeva xəsarət almayıb, M.Zəki isə hazırda xəstəxanada müalicə alır.
- Yağış sularının kənarlaşdırılması işləri davam etdirilir - Video
- Gürcüstanda 2026-cı il "Aşıq Hüseyn Saraçlı ili" elan edildi
- Azərbaycanda imtahan sistemi dəyişir? - Nazir açıqladı
- AYNA taksilərlə bağlı yayılan məlumatlara aydınlıq gətirdi
- Azər Məmmədov Laçında vətəndaşlarla görüşdü
- Türkiyə İrana 48 ton humanitar yardım göndərdi
- XTQ-nin döyüş hazırlığı yoxlanıldı
- Bu istiqamətdə yüklərin daşınması 190 faiz artdı