ABŞ-ın Pensilvaniya ştatının Uest-Redinq şəhərində yerləşən “R.M. Palmer Company” şokolad fabrikində partlayış olub.
BUTA.TV xəbər verir ki, bu barədə “Assoşeyted Press” məlumat yayıb.
Partlayışda azı 2 nəfər ölüb, 9 nəfər itkin düşüb, 8 nəfər isə xəstəxanaya yerləşdirilib.
Zavoddakı işçilərin dəqiq sayı barədə hələ də dəqiq məlumat verilməyib.
Partlayış nəticəsində fabrikin binası uçub, qonşu binaya da ziyan dəyib. Hadisənin başvermə səbəbi hələ müəyyən olunmayıb.
- AYNA taksilərlə bağlı yayılan məlumatlara aydınlıq gətirdi
- Azər Məmmədov Laçında vətəndaşlarla görüşdü
- Türkiyə İrana 48 ton humanitar yardım göndərdi
- XTQ-nin döyüş hazırlığı yoxlanıldı
- Bu istiqamətdə yüklərin daşınması 190 faiz artdı
- Bakıda Xameneinin anım mərasimi keçirildi
- Nazir və icra başçısı kiçik təsərrüfatlara baxış keçirdi
- Gəncədə şagirdləri təhqir edən müəllimlə bağlı tədbir görüldü