BMT Təhlükəsizlik Şurasında "Şimal axını"ndakı partlayışı araşdırmaq üçün komissiya yaratmağa çağıran qətnamə üzrə səsvermə keçiriləcək.
BUTA.TV xəbər verir ki, bu barədə BMT-dən məlumat verilib.
Səsvermənin martın 27-də keçiriləcəyi bildirilib.
Qeyd edək ki, sentyabrın 26-da “Nord Stream AG” şirkəti Şimal Axını-1 və Şimal Axını-2 qaz kəmərlərində əsaslı dağıntıların baş verdiyinə dair məlumat yayıb. Dağıntı və sızmalara səbəb olan partlayışlar təxmini olaraq eyni anda İsveç və Danimarkanın sahil sularında, Baltik dənizinin dibindən keçən 4 fərdi qaz borusunda baş verib.
- Bu istiqamətdə yüklərin daşınması 190 faiz artdı
- Bakıda Xameneinin anım mərasimi keçirildi
- Nazir və icra başçısı kiçik təsərrüfatlara baxış keçirdi
- Gəncədə şagirdləri təhqir edən müəllimlə bağlı tədbir görüldü
- Bakıda güclü külək əsəcək
- Qaçqınkom qardaşların iddialarına aydınlıq gətirdi
- Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayır
- Bu tarixə kimi yağış yağacaq - Xəbərdarlıq