Kosova Serbiya ilə münasibətlərin normallaşdırılmasına yönəlmiş razılaşmanın bir hissəsi kimi üzərinə götürdüyü tədbirləri həyata keçirəcək.
BUTA.TV xəbər verir ki, bunu Kosovanın Baş naziri Albin Kurti deyib.
"Əgər bizə bir dövlət kimi davranılmasını istəyiriksə, eyni zamanda dövlət kimi tanınmaq məqsədimiz varsa, razılaşdığımız beynəlxalq müqavilələrə bağlı qalmaqdan qaça bilmərəm”, - o bildirib
Əldə edilən razılaşmalara əsasən, Kosova ölkənin serblərin çoxluq təşkil etdiyi bölgələrinə daha çox muxtariyyət verməyi öhdəsinə götürür və Serbiya Kosovanın beynəlxalq təşkilatlara üzvlüyünə mane olmamağa razıdır.
Qeyd edək ki, Priştina və Belqrad ötən şənbə günü 1990-cı illərin sonundakı müharibədən və onilliklər boyu davam edən gərginlikdən sonra münasibətləri yaxşılaşdırmaq üçün Qərbin dəstəklədiyi planı həyata keçirmək barədə şifahi razılığa gəliblər.
- Gəncədə şagirdləri təhqir edən müəllimlə bağlı tədbir görüldü
- Bakıda güclü külək əsəcək
- Qaçqınkom qardaşların iddialarına aydınlıq gətirdi
- Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayır
- Bu tarixə kimi yağış yağacaq - Xəbərdarlıq
- DSX-nin elit hərbçilərinə beret verildi - Foto
- Şilderin qətlinin sifarişçisi 13 il sonra Azərbaycana gətirildi
- Zakir Fərəcov növbəti səyyar qəbul keçirdi