2023-cü ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,8 faiz artaraq 856,2 manat təşkil edib.
Bu barədə BUTA.TV-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Əmək haqqı neft-qaz sektorunda 3135,0 manat, qeyri neft-qaz sektorunda 812,4 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 809,9 manat, özəl müəssisələrdə isə 908,4 manat olub.
Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, eləcə də peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.
- Gəncədə şagirdləri təhqir edən müəllimlə bağlı tədbir görüldü
- Bakıda güclü külək əsəcək
- Qaçqınkom qardaşların iddialarına aydınlıq gətirdi
- Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayır
- Bu tarixə kimi yağış yağacaq - Xəbərdarlıq
- DSX-nin elit hərbçilərinə beret verildi - Foto
- Şilderin qətlinin sifarişçisi 13 il sonra Azərbaycana gətirildi
- Zakir Fərəcov növbəti səyyar qəbul keçirdi