Dünən Saray qəsəbəsi yaxınlığında baş verən dəhşətli qəzada dünyasını dəyişən Oqtay Əliyevin son status Şuşa yaxınlığında ekofəalların keçirdiyi aksiya ilə bağlı olub.
Kult.az xəbər verir ki, Oqtay Əliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin əslində xəstə daşımaqla yox, İrəvana getmək istəyən erməniləri aparıb-gətirməklə məşğul olduğunu ironiya ilə bildirib.
“Beynəlxalq Qızıl Xaç Komitəsi Xankəndi-İrəvan istiqamətində "bir manatlıq taksi" rolunu oynayır. Xankəndi erməniləri deyir ki, belə daha yaxşıdır, benzinə pul vermirik, maşın sürmürük, BQXK bizi ora-bura daşıyır. Bu təşkilatın “taksovatlıq”dan başqa işini görən olub?”
Qeyd edək ki, 22 mart 2023-cü ildə Saray qəsəbəsi yaxınlığında “Leksus” markalı maşının qəzaya düşməsi nəticəsində sürücü, əməkdar mədəniyyət işçisi, “Soy” prodakşnın rəhbəri, rejissor Oqtay Əliyev həlak olub, onun xanımı, əməkdar artist Dilarə Əliyeva yüngül xəsarət alıb, xalq artisti Mehriban Zəki isə yaralanıb.
- DSX-nin elit hərbçilərinə beret verildi - Foto
- Şilderin qətlinin sifarişçisi 13 il sonra Azərbaycana gətirildi
- Zakir Fərəcov növbəti səyyar qəbul keçirdi
- Livanda SEPAH komandirləri öldürüldü
- İlham Əliyev onları təltif etdi
- Haqqında cinayət işi açılmışdı, ziyanı ödədi, müşavir oldu...
- Xəzər Dəniz Neft Donanmasına rəhbərlik ona həvalə edildi
- Göl mənzərəli “Park Yasamal”da öz ritmini tap - “Kristal”!