Rusiya komandanlığı Ukraynaya PUA və raket hücumları üçün prioritet hədəflərin siyahısına yenidən baxıb. Enerji obyektləri siyahıda qalır, lakin onlar artıq əsas hədəf deyil.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitski deyib.
O qeyd edib ki, Rusiyanın son günlər endirdiyi zərbələr raket hücumlarının və pilotsuz təyyarələrin zərbələrinin həyata keçirilməsində prioritetlərin dəyişdiyini göstərir:
“Onlar Novomoskovsk, Jitomirdə yanacaq-sürtkü bazalarını vurdular, Yavorovsk rayona da zərbələr oldu. Rusiya enerji obyektlərini artıq prioritet hədəf hesab etmir, çünki qış başa çatıb və ruslar Ukraynanın enerji sistemini dağıtmağa müvəffəq olmayıblar. Buna görə də onlar indi zərbələrin istiqamətini müəyyən qədər dəyişdirəcəklər. Bunlar həm hərbi qurğular, həm qoşunların cəmləşməsi, həm də qruplarımızın maddi-texniki təchizatı ola bilər. Ruslar enerji sektoruna da zərbələrdən tamamilə imtina etmək niyyətində deyillər, çünki onlar üçün Ukraynaya iqtisadi ziyan vurmaq vacibdir".
- DSX-nin elit hərbçilərinə beret verildi - Foto
- Şilderin qətlinin sifarişçisi 13 il sonra Azərbaycana gətirildi
- Zakir Fərəcov növbəti səyyar qəbul keçirdi
- Livanda SEPAH komandirləri öldürüldü
- İlham Əliyev onları təltif etdi
- Haqqında cinayət işi açılmışdı, ziyanı ödədi, müşavir oldu...
- Xəzər Dəniz Neft Donanmasına rəhbərlik ona həvalə edildi
- Göl mənzərəli “Park Yasamal”da öz ritmini tap - “Kristal”!