Hazırda Donbasda ən ağır döyüşlər Baxmut və Uqledar ətrafında gedir. Ümumiyyətlə, 1,2 min km olan bütün təmas xətti boyunca düşmən hücumlarını dayandırmır.
BUTA.TV xəbər verir ki, bu fikirləri Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant İqor Romanenko deyib.
O bildirib ki, Baxmutun ruslar tərəfindən tutulması onlara Çasov Yar, Kramatorsk və Slavyanska çatmaq imkanı verəcək.
İ.Romanenko həmçinin qeyd edib ki, hazırda Baxmutda rusların hücumlarının sürəti azalıb:
“Düşünürəm ki, bir həftədən sonra, maksimum iki həftə ərzində situasiyaya aydınlıq gələcək. Hətta düşmən irəliləsə belə, ona fasilə vermək lazım gələcək”.
- İlham Əliyev onları təltif etdi
- Haqqında cinayət işi açılmışdı, ziyanı ödədi, müşavir oldu...
- Xəzər Dəniz Neft Donanmasına rəhbərlik ona həvalə edildi
- Göl mənzərəli “Park Yasamal”da öz ritmini tap - “Kristal”!
- Anar Əliyev Qobustanda vətəndaşları qəbul edib
- WUF13-ə hazırlıq: maşınların hərəkəti monitorinq ediləcək
- Azərbaycanda palçıq vulkanı püskürdü
- Sabahın hava proqnozu açıqlandı