Beynəlxalq aləmdə qarışıqlıq hökm sürdüyü bir vaxtda Avropa Birliyinin qarşısında qitədə təhlükəsizliyin təmin edilməsi, iqtisadiyyatın qorunması və qlobal balanslarda dəyişikliklərə hazır olmaq kimi çətin vəzifələr durur.
BUTA.TV xəbər verir ki, bu sözləri İtaliyanın Baş naziri Corciya Meloni deyib.
Baş nazir bildirib ki, növbəti gündəlikdə AB-nin prioritetlərindən olan Ukrayna, miqrasiya və enerji məsələləri var:
“Beynəlxalq sistemin bu mürəkkəb dövründə yəqin ki, AB son illərin ən çətin vəzifələrinə dəvət olunur. Bunlar Rusiyanın Ukraynaya təcavüzünün yaratdığı təhlükə qarşısında qitənin təhlükəsizliyini təmin etmək, iqtisadi quruluşu qorumaq və qlobal balanslarda yarana biləcək radikal dəyişikliklərə hazır olmaqdır. Həmçinin, AB bütün bunlara vaxtında, effektiv və strateji cavab vermək üçün çağırılır”.
- İlham Əliyev onları təltif etdi
- Haqqında cinayət işi açılmışdı, ziyanı ödədi, müşavir oldu...
- Xəzər Dəniz Neft Donanmasına rəhbərlik ona həvalə edildi
- Göl mənzərəli “Park Yasamal”da öz ritmini tap - “Kristal”!
- Anar Əliyev Qobustanda vətəndaşları qəbul edib
- WUF13-ə hazırlıq: maşınların hərəkəti monitorinq ediləcək
- Azərbaycanda palçıq vulkanı püskürdü
- Sabahın hava proqnozu açıqlandı