Gədəbəy rayonunun Slavyanka kəndində 38 yaşlı kişinin meyiti aşkarlanıb.
BUTA.TV-ın Report-a istinadən məlumatına görə, Yevlax rayon Aran qəsəbə sakini, 1985-ci il təvəllüdlü Nahid Mətləb oğlu Həsənovun meyiti Gədəbəy rayon sakininə məxsus evin həyətində aşkarlanıb.
O, məsələ ilə bağlı polisə məlumat verib və əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Araşdırma zamanı həmin şəxsin naməlum şəraitdə öldüyü məlum olub. N.Həsənovun meyit tibbi ekspertizaya təhvil verilib.
Qeyd edək ki, meyti aşkarlanan şəxsin Gədəbəydə gün ərzində muzdlu işlə məşğul olduğu, gecələr isə müxtəlif yerlərdə gecələdiyi bildirilir.
Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma aparılır.
- İlham Əliyev onları təltif etdi
- Haqqında cinayət işi açılmışdı, ziyanı ödədi, müşavir oldu...
- Xəzər Dəniz Neft Donanmasına rəhbərlik ona həvalə edildi
- Göl mənzərəli “Park Yasamal”da öz ritmini tap - “Kristal”!
- Anar Əliyev Qobustanda vətəndaşları qəbul edib
- WUF13-ə hazırlıq: maşınların hərəkəti monitorinq ediləcək
- Azərbaycanda palçıq vulkanı püskürdü
- Sabahın hava proqnozu açıqlandı