Rusiya Prezidenti Vladimir Putin Afrika ölkələrinin Rusiyaya olan 20 milyard dollardan çox borcunu sildiyini açıqlayıb.
BUTA.TV Musavat.com-a istinadən xəbər verir ki, bu barədə o, bazar ertəsi "Rusiya-Afrika çoxqütblü dünyada" beynəlxalq parlament konfransında açıqlayıb.
Rusiya dövlət başçısının sözləri zalda alqışlarla qarşılanıb.
Qeyd edək ki, Rusiya Federasiyası Afrikada bir sıra layihələr, o cümlədən qızıl mədənlərini ələ keçirmək uğrunda Qərblə savaşır. Bu məqsədlə vəhşilikləri ilə ad çıxarmış “Vaqner” ÖHŞ-nin döyüşçüləri həmin bölgələrdə fəaliyyət göstərir.
- Anar Əliyev Qobustanda vətəndaşları qəbul edib
- WUF13-ə hazırlıq: maşınların hərəkəti monitorinq ediləcək
- Azərbaycanda palçıq vulkanı püskürdü
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda BYD “Hunday”la toqquşdu – Anbaan video
- Bakıda fitness zallarında reyd: qanunsuzluqlar aşkarlandı
- Azər Mursaqulov özünə müşavir təyin etdi - Foto
- "Azəriqaz"ın departament rəisi 39 yaşında öldü - Foto