Martın 20-də Şuşada ekoaksiyanın iştirakçıları üçün Novruz şənliyi təşkil olunub.
BUTA.TV xəbər verir ki, Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunun yaxınlığında bayram tonqalı qalanıb.
“DJ Kənan Drums” tərəfindən müxtəlif musiqilər səsləndirilib.
Aksiya iştirakçıları üçün, həmçinin bayram süfrəsi açılıb, Novruz təamları, o cümlədən kabab bişirilib.
Novruz tonqalının yaxınlığında səməni atributu yerləşdirilib, açılan bayram çadırında səməni, xonça və digər Novruz atributları düzülüb.
Ekofəallər bayram tonqalı ətrafında toplanıb, şən musiqi sədası altında rəqs edirlər. Aksiyanın keçirildiyi ərazidə Novruz ab-havası hökm sürür.
- Bakıda BYD “Hunday”la toqquşdu – Anbaan video
- Bakıda fitness zallarında reyd: qanunsuzluqlar aşkarlandı
- Azər Mursaqulov özünə müşavir təyin etdi - Foto
- "Azəriqaz"ın departament rəisi 39 yaşında öldü - Foto
- Bibiheybət yolunda bərpa işlərinə başlanıldı
- Azərbaycanda sabiq nazirə yeni vəzifə verildi
- Mədəniyyət sahəsində qrant almaq istəyənlərə müjdə
- Tiflis prospektində yeni qayda: qırmızı işıqda dönmək olar - Video