Müştərilərin BTB Bank ASC-dəki depozit otağına yerləşdirdiyi 316 min manat və 32 min ABŞ dolları oğurlanıb.
BUTA.TV Report-a istinadla xəbər verir ki, hadisə martın 17-si saat 18:00 radələrində paytaxtın Xətai rayonu, Y.Səfərov küçəsi 21 saylı ünvanda yerləşən ofisdə qeydə alınıb.
Belə ki, 1990-cı il təvəllüdlü Qrinkeviç Sergey Oleqoviç və 1976-cı il təvəllüdlü Babayev Aleksey Ramizoviçin "BTB Bank"ın müştərilərinin depozit otağından 316 min manat və 32 min ABŞ dolları məbləğində nağd pulu oğurlamaqda şübhəli bilinirlər.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (Oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
- Buraxılış imtahanlarının nəticələri nə vaxt açıqlanacaq?
- Bu müəllimlər də sertifikasiya imtahanı verəcək
- Həsənov döyüş atışlı taktiki təlimin gedişatını yoxladı
- Azərbaycanda bələdiyyə sədri ilə bağlı cinayət işi açıldı
- Gəlir vergisi artıq EHİS üzərindən bəyan ediləcək
- Yaz-yay fəsillərində sel təhlükəsi: silsilə tədbirlər keçirildi
- “Kontakt” öz sektorunun №1 vergi ödəyicisi oldu – 40.1 milyon AZN
- Balakişi Qasımovun səlahiyyət müddəti başa çatır