“Ümumiyyətlə, Bəxtiyar Hacıyevlə bağlı hansı mesajlardan söhbət gedir, necə olub, çox yaxından tanış deyiləm.
Məsələnin dərinliklərini doğru-düzgün bilmirəm. Sadəcə, onun bir neçə şəklini gördüm, hansısa xanımla şəkilləri var idi.
Burda, türklər demişkən, “sakıncalı”, qəbahət nəsə görmürəm. Bəxtiyar subay oğlandır. Bu boyda yaşı, şəxsi həyatı var. İndiyə qədər həyatında nələrsə ola bilər...” Bu sözləri həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin bibisi oğlu, tanınmış müğənni Talıb Tale deyib.
“Vallah, bilmirəm. Dayıoğlu-bibioğlu olsaq da, o qədər də sıx münasibətdə olmamışıq. Amma tanıdığım qədərilə, inanmıram ki, Bəxtiyar o dərəcədə şərəfsiz addımlara əl atsın. Bu, Bəxtiyara qarşı qarayaxma kampaniyası da ola bilər. Kiminsə nəsə deməyi o demək deyil ki, həmin adam düz deyir, bəlkə, Bəxtiyara iftira atır? Amma baxır sübutlar nə dərəcədədir. Yenə də tam dəqiq deyə bilmərəm, tanış deyiləm. Ümumiyyətlə, bu tərz mövzularla məşğul olmağa çox vaxtım da yoxdur. Belə məsələlərdən, gündəmlərdən uzağam...”, - T.Tale deyib.
- Gəlir vergisi artıq EHİS üzərindən bəyan ediləcək
- Yaz-yay fəsillərində sel təhlükəsi: silsilə tədbirlər keçirildi
- “Kontakt” öz sektorunun №1 vergi ödəyicisi oldu – 40.1 milyon AZN
- Balakişi Qasımovun səlahiyyət müddəti başa çatır
- Qazaxda 74 yaşlı kişi faciəvi şəkildə öldü
- Bakıda bu avtobusların hərəkət istiqaməti dəyişdi
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?