Fevralın 6-da yaşadığımız zəlzələnin yol açdığı dağıntılar səbəbindən beynəlxalq yardım çağırışı etdik. Türk dünyası köməyə ilk çatanlar arasında yer aldı.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Fövqəladə Zirvə görüşündə çıxışı zamanı deyib.
Türkiyə Prezidenti bildirib ki, türk dövlətlərindən olan xilasedicilər bir çox vətəndaşımızı yenidən həyata qaytardı.
“Əziz millətimiz bu dəstəyinizi heç bir zaman unutmayacaq. Avropa İttifaqı Komissiyası və hazırkı sədr İsveç tərəfindən martın 20-də Beynəlxalq Donorlar Konfransı təşkil ediləcək. Bu beynəlxalq yardım fəaliyyətinə də dəstək verəcəyinizə şübhə etmirəm”, - deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək