Bu gün 20 ailə Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndinə köçürülüb.
BUTA.TV xəbər verir ki, evlərin daxilində kommunikasiya sistemi çəkilib, bütün evlər mətbəx mebeli ilə təchiz edilib.
Talış kəndi Qarabağ iqtisadi rayonunda ilk bərpa olunan kənddir. Kənddə 4 yol-kommunikasiya şəbəkəsi tam olaraq qurulub.
Bundan başqa kənddə 9 qeyri-yaşayış binası, fəaliyyət göstərir. Kəndin su-kanalizasiya xətti çəkilib. Məktəb və uşaq bağçasında son tamamlanma işləri aparılır. Kənd tamamilə qazlaşdırılıb. Hazırda Talışda bərpa-quruculuq işləri davam edir. Növbəti mərhələdə kəndə 158 ailənin köçürülməsi nəzərədə tutulur.
Xatırladaq ki, Tərtər rayonunun Talış kəndi 3 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən Ermənistan işğaldan azad edilib.
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək